“Qalatasaray” daha bir tanınmışla yollarını ayırdı

24 Avqust 2021 12:20 Türkiyə 855
“Qalatasaray” daha bir tanınmışla yollarını ayırdı

“Qalatasaray” Niderland əsilli surinamlı yarımmüdafiəçisi Rayan Donkla yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə 35 yaşlı futbolçu sosial şəbəkə hesabında paylaşım edib.

O, 5.5 mövsümdür formasını geyindiyi İstanbul klubu ilə vidalaşdığını açıqlayıb. Donk hər kəsə dəstəyə görə təşəkkürünü bildirib.

Donkun karyerasını Super Liqanın digər klublarından birində davam etdirməsi gözlənilir. O, 2016-cı ildən “Qalatasaray”da çıxış edirdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti