"Qalatasaray"dan ayrıldı, ölkəsində bu kluba qayıtdı

18 Avqust 2021 10:20 Türkiyə 1 173
"Qalatasaray"dan ayrıldı, ölkəsində bu kluba qayıtdı

"Qalatasaray"dan ayrılan Martin Linnesin yeni klubu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 30 yaşlı sağ cinah müdafiəçisi karyerasını ölkəsində davam etdirəcək.

Norveç millisinin üzvü sabiq klubu olan "Molde"yə geri dönüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onunla imzalanan müqavilənin detalları açıqlanmayıb.

Martin Linnes "Qalatasaray"a 2016-cı ildə "Molde"dən transfer olmuşdu. O, İstanbul təmsilçisinin heyətində 101 oyunda meydana çıxıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti