“Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirib.
Sportinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi “Kopenhagen”dən Viktor Nelssonu transfer edib.
Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb. “Qalatasaray” bu transferə görə “Kopenhagen”ə 5 il içində 7 milyon avro ödəyəcək.
Türkiyə nəhəngi yeni transferinə qiymət də qoyub. Qarşıdakı 5 il içində hansısa klub Nelssonu transfer etmək istəsə, “sarı-qırmızılar”a 25 milyon avro təzminat ödəməlidir.
Viktor Nelsson “Nordsyelland” klubunun yetirməsidir. Mərkəz müdafiəçisi 2019-cu ildən “Kopenhagen”də çıxış edirdi. Danimarakı oyunçu ölkəsinin milli komandasına da dəvət alır.

