“Qalatasaray” sensasiyaya imkan vermədi - VİDEO

13 Avqust 2021 00:00 Türkiyə 1 252
“Qalatasaray” sensasiyaya imkan vermədi - VİDEO

Avropa Liqasında III təsnifat mərhələsi davam edir.

Sportinfo.az xəbər verir ki, “Qalatasaray” “Sent Conston”la cavab oyununu keçirib.

İstanbulda 1:1 hesablı heç-heçəylə kifayətlənən “sarı-qırmızılar” rəqib meydanında inamlı qələbə qazanıblar.

4:2 hesabı ilə qalib gələn “Qalatasaray”ın qollarına Mbaye Diaqne, Muhammet Akturkoğlu, Sofian Fequli və Emre Kılınc imza atıblar.

Avropa Liqasının pley-offuna yüksələn “Qalatasaray” bu raundda Danimarka təmsilçisi “Randers”lə qarşılaşacaq. Türkiyəlilər öncə səfərdə, sonra evdə meydana çıxacaq.

Pley-offun oyunları avqustun 19-da və 26-da keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti