Avropa Liqasının pley-off mərhələsinin bəzi oyunlarının vaxtı açıqlanıb.
Sportinfo.az xəbər verir ki, “Neftçi”nin mümkün rəqibi “Fənərbaxça” ilk matçının vaxtını müəyyənləşdirib.
“Neftçi” – HİK cütünün qalibini gözləyən Türkiyə təmsilçisi pley-offun ilk görüşünü avqustun 19-da keçirəcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Oyun İstanbuldakı “Şükrü Saracoğlu” stadionunda təşkil olunacaq.
Artıq görüşün hakimləri də müəyyənləşib. Matça fransalı referilər təyin olunub.
Benua Bastien baş hakim, Hişam Zakrani, Aurelien Bertomyeu köməkçi hakimlər, Jeremi Piqnar ehtiyat hakim funksiyasını yerinə yetirəcək.
Cavab oyunu avqustun 26-na planlaşdırılıb.

