“Beşiktaş” tanınmış hücumçunu istəmədi, Braziliyaya üz tutdu

12 Avqust 2021 21:40 Türkiyə 1 127
“Beşiktaş” tanınmış hücumçunu istəmədi, Braziliyaya üz tutdu

“Beşiktaş”a keçidi baş tutmayan Dieqo Kosta özünə yeni klub tapıb.

Sportinfo.az xəbər verir ki, Kosta karyerasını Braziliyada davam etdirəcək.

O, “Atletiko Mineyro” ilə anlaşıb.

Kosta bir illik müqavilə bağlayıb. Onun illik məvacibi 2,6 milyon avro olacaq. O, “Atletiko”dan ayrıldıqdan sonra azad agent statusunda idi.

Kosta “Beşiktaş”la da danışıq aparıb. Amma ildə 4 milyon avro məvacib tələb etdiyi üçün İstanbul klubu onun keçidindən imtina etmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti