“Adana Dəmirspor” daha bir ulduz üçün hərəkətə keçdi

3 Avqust 2021 00:28 Türkiyə 995
“Adana Dəmirspor” daha bir ulduz üçün hərəkətə keçdi

Yeni mövsümdə Türkiyə Super Liqasında çıxış edəcək “Adana Dəmirspor” daha bir səs-küylü transferə hazırlaşır.

Sportinfo.az xəbər verir ki, italiyalı ulduz futbolçu Mario Balotellini “rənglərinə bağlayan” Adana təmsilçisi bu dəfə Şkodran Mustafi üçün hərəkətə keçib.

Türkiyə mətbuatının xəbərinə görə, “Adana Dəmirspor” Almaniyanın “Şalke” klubu ilə müqaviləsi başa çatan Mustafinin meneceri ilə danışıqlara başlayıb.

Uzun illər İngiltərə “Arsenal”ının formasını geyinən 29 yaşlı müdafiəçinin Türkiyə klubuna keçməyə müsbət yanaşdığı deyilir.

Mustafi 20 dəfə Almaniya milli komandasının formasını geyinib.

“Adana Dəmirspor” Mustafi ilə yanaşı, hazırda azad agent olan braziliyalı müdafiəçi David Luizi də transfer etməyə çalışır.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!