Paytaxt klubunun hücumçusu Türkiyəyə gəlir?

28 İyul 2021 18:40 Türkiyə 800
Paytaxt klubunun hücumçusu Türkiyəyə gəlir?

“Çelsi”nin hücumçusu Mişi Batşuayi karyerasını Türkiyədə davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, onunla “Trabzonspor” maraqlanır.

“Milliyet” qəzetinin yazdığına görə, trabzonlular Mişini icarəyə götürmək istəyirlər.

O, ötən mövsümdə icarə əsasında “Kristal Pelas”da çıxış edib. 27 yaşlı belçikalının bu təklifə münasibəti bəlli deyil.

“Trabzonspor” transfer bazarında Türkiyə klubları arasında ən fəallardan biridir.

Digər Xəbərlər
Xəbər Lenti