Türkiyə klubu Danimarka millisinin hücumçuu ilə anlaşdı

25 İyul 2021 22:00 Türkiyə 743
Türkiyə klubu Danimarka millisinin hücumçuu ilə anlaşdı

“Kasımpaşa” klubu heyətini yeni futbolçularla gücləndirib.

Sportinhfo.az xəbər verir ki, Superliqa təmsilçisi müdafiəçi Sakıb Aytaç ilə danimarkalı hücumçu Nikolay Yorgenseni transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hər iki futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Son olaraq "Dənizlispor”da çıxış edən Sakıb Aytaç əvvəllər “Yeni Malatyaspor”, “Kayserispor”, “Antalyaspor” kimi klublarda da oynayıb.

Nikolay Yorgensen isə Niderlandın “Feyenoord” klubundan transfer olunub. Danimarka millisinin 30 yaşlı hücumçusu yığmada 41 oyuna 9 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti