“Fənərbaxça”nın gündəmi və ya qız evində toydur, oğlan evinin xəbəri yox

19 İyul 2021 15:40 Türkiyə 831
“Fənərbaxça”nın gündəmi və ya qız evində toydur, oğlan evinin xəbəri yox

Ukrayna millisinin və “Vest Hem”in futbolçusu Andrey Yarmolenkonun “Fənərbaxça”ya keçə biləcəyini xəbər vermişdik.

Türkiyə mətbuatı 31 yaşlı hücumçunun “Fənər”lə razılaşdığını və tərəflərin yaxın zamanda rəsmi müqavilə imzalayacağını yazmışdı.

Sportinfo.az xəbər verir ki, Yarmolenkonun meneceri Vadim Şabliy Ukrayna mətbuatına verdiyi açıqlamada bütün bu xəbərləri təkzib edib:

“Fənərbaxça”, ya da “Qalatasaray”, heç biriylə görüşməmişik. Ümumiyyətlə, Türkiyənin heç bir klubu ilə bu anadək danışığımız olmayıb”.

“Vest Hem”lə müqaviləsi 2022-ci ilin yayına qədər olan Yarmolenkonun “transfermarkt”da dəyəri 4 milyon avrodur.

Digər Xəbərlər
Xəbər Lenti