"Qarabağ"la tarix yazan legioner Türkiyə klubuna üz tutdu

18 İyul 2021 12:40 Türkiyə 1 550
"Qarabağ"la tarix yazan legioner Türkiyə klubuna üz tutdu

"Qarabağ"ın sabiq legioneri Pedro Enrike komandasını dəyişib.

Sportinfo.az xəbər verir ki, son 2 mövsümü "Kayserispor"da keçirmiş braziliyalı hücumameylli yarımmüdafiəçi ölkənin digər klubu "Sivasspor"a keçib.

Sivas təmsilçisinin rəsmi saytı 31 yaşlı vingerlə 3 illik müqavilə imzalandığını yazıb.

Pedro Enrike 2017/2018 mövsümündə Yunanıstan PAOK-una məxsus futbolçu kimi “Qarabağ”da icarədə olub.

O, Ağdam təmsilçisinin Bakıda İtaliya "Roma"sına 1:2 hesabı ilə uduzduğu matçda fərqlənməklə, Azərbaycan futbolu tarixində Çempionlar Liqasının qrup mərhələsində qol vuran ilk oyunçu olub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!