"Fənərbağça" tanınmış futbolçusu ilə vidalaşdı - FOTO

14 İyul 2021 01:38 Türkiyə 790
"Fənərbağça" tanınmış futbolçusu ilə vidalaşdı - FOTO

"Fənərbağça" Gökhan Gönüllə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, 36 yaşlı müdafiəçi ilə başa çatmış müqavilənin müddəti uzadılmayıb.

Təcrübəli oyunçuya təşəkkür edən İstanbul təmsilçisi ona gələcək karyerasında uğurlar arzulayıb.

Daha əvvəl 2007 - 2016-cı illərdə "Fənərbağça"nın formasını geyinmiş Gökhan Gönül ötən mövsümün əvvəlində "Beşiktaş"dan transfer edilmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti