Türkiyə klubundan MARAQLI paylaşım: İki dəli bir yerdə” - FOTO

9 İyul 2021 18:40 Türkiyə 887
Türkiyə klubundan MARAQLI paylaşım: İki dəli bir yerdə” - FOTO

Mario Balotelli ilə anlaşan Türkiyənin “Adana Dəmirspor” klubu daha bir ünlü futbolçunu transfer etm ək niyyətindədir.

Sportinfo.az xəbər verir ki, “Adana Dəmirspor” David Luislə maraqlanır.

Məlumata görə, artıq futbolçunun agenti ilə ilkin danışıqlar aparılıb.

34 yaşlı braziliyalı futbolçu hazırda azad agent statusundadır. Onun sonuncu klubu “Arsenal” olub. O, ötən mövsüm “topçular”ın heyətində 30 oyun keçirib, 2 qol vurub.

Türkiyə klubunun ona 2 illik müqavilə təklif etdiyi də bildirilir. “Adana Dəmirspor” ötən mövsüm birinci dəstədə qalib olaraq, 26 illik fasilədən sonra elitaya vəsiqə qazanıb.

Mario Balotelli transfer edildikdən sonra klubun “tvitter” səhifəsində belə paylaşım edilmişdi: “İki dəli bir yerdə”.

Digər Xəbərlər
Xəbər Lenti