“Mən millidə yumruqları, davaları, söyüşləri...” - Bakıdakı davadan danışdı

8 İyul 2021 19:20 Türkiyə 651
“Mən millidə yumruqları, davaları, söyüşləri...” - Bakıdakı davadan danışdı

Türkiyə millisinin baş məşqçisi Şenol Güneş “Avro-2020”nin oyunlarının Bakıdakı məşqi zamanı futbolçuları Halil Darvişoğlu və Enes Ünal arasında mübahisə baş verməsi barədə yayılan xəbərlərə ilk dəfə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, o, bu gün keçirdiyi mətbuat konfrasnsında bununla bağlı suala toxunub.

Şenol Güneş bildirib ki, hadisə ikitərəfli oyun zamanı baş verib. “Bir “heç ötürmə vermirlər” dedi. Enesin də ağzı var, dili yoxdur, “sən nə danışırsan?” - dedi.

Bir-birilərinin üstünə getsələr də, digər futbolçular araya girib onları ayırdılar. Mən millidə yumruqları, davaları, söyüşləri xatırlayıram. Amma komanda uğurlar da qazanıb”.

Türkiyə millisi Avro-2020-nin qrup mərhələsini 0 xalla başa vurub və turnirdə mübarizəni erkən dayandırıb.

Digər Xəbərlər
Xəbər Lenti