Türkiyə klubu İngiltərədən bu hücumçunu aldı

5 İyul 2021 00:28 Türkiyə 903
Türkiyə klubu İngiltərədən bu hücumçunu aldı

"Adana Dəmirspor" hücum xəttini gücləndirib.

Sportinfo.az xəbər verir ki, Super Liqaya vəsiqə qazanan klub İngiltərə Çempionşipində mübarizə aparan "Midlzbro"nun hücumçusu Britt Assombalonqanı transfer edib.

Konqolu oyunçu ilə 3 illik müqavilə imzalanıb. O, yeni klubuna azad agent statusu ilə keçib.

"Midlzbro" 28 yaşlı futbolçunu 2017-ci ildə "Nottinqem Forest"dən 17,1 milyon avroya transfer etmişdi.

Digər Xəbərlər
Xəbər Lenti