"Fənərbaxça" keçmiş "Liverpul"lunu transfer etdi

30 İyun 2021 15:40 Türkiyə 1 107
"Fənərbaxça" keçmiş "Liverpul"lunu transfer etdi

"Fənərbaxça" heyətinə yeni futbolçu cəlb edib.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi "Alanyaspor"dan ayrılan Stiven Kokeri transfer edib.

İngilis tibbi müayinədən keçdikdən sonra "sarı-lacıvərdlilər"lə müqavilə imzalayacaq.

Koker İngiltərədə "Tottenhem", "Suonsi Siti", "Sauthempton", "Liverpul" kimi klublarda çıxış edib. 29 yaşlı müdafiəçi 2019-cu ildən "Alanyaspor"da oynayırdı.

Digər Xəbərlər
Xəbər Lenti