Türkiyə klubu Hamşiklə 2 illik müqavilə imzaladı

30 İyun 2021 00:28 Türkiyə 1 126
Türkiyə klubu Hamşiklə 2 illik müqavilə imzaladı

"Trabzonspor” daha əvvəl razılaşdığı yarımmüdafiəçi Marek Hamşiklə müqavilə imzalayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

34 yaşlı yarımmüdafiəçi ilə iki illik sözləşmə imzalanıb.

Hamşik daha əvvəl İtaliyada “Breşiya”, “Napoli”, Çində “Dalyan İfan” klubunda çıxış edib. Slovakiya milli komandasının üzvü olan yarımmüdafiəçinin son klubu İsveç “Göteborq”u olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti