Türkiyə klubu qvineyalı hücumçu ilə müqavilə bağladı

28 İyun 2021 10:00 Türkiyə 786
Türkiyə klubu qvineyalı hücumçu ilə müqavilə bağladı

"Trabzonspor" növbəti transferini reallaşdırıb.

Sportinffo.az xəbər verir ki, Qara dəniz təmsilçisi "Kasımpaşa"dan ayrılan Beqali-Fode Koytanı heyətinə qatıb.

Qvineyalı hücumçu ilə 3 illik müqavilə imzalanıb.

30 yaşlı forvard ötən mövsüm Super Liqada keçirdiyi 13 oyunda 4 qol vurub. Koyta "Kasımpaşa"ya 2016-cı ildə İngiltərənin "Bləkbörn" klubundan keçmişdi.

Digər Xəbərlər
Xəbər Lenti