Türkiyə klubu azərbaycanlı futbolçu ilə 3 illik “nigah bağladı”

26 İyun 2021 14:40 Türkiyə 1 449
Türkiyə klubu azərbaycanlı futbolçu ilə 3 illik “nigah bağladı”

"Keçiörengücü" azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin keçidini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Ankara təmsilçisinin rəsmi tvitter hesabı məlumat yayıb.

26 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Vüsal İsgəndərli 2019-cu ildən "Keşlə"də çıxış edib. Yarımmüdafiəçi 3 dəfə Azərbaycan millisinin də formasını geyinib. "Keçiörengücü" TFF 1-ci liqasında çıxış edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti