"Məhəllədə klubu idarə etsəydiniz, belə pis olmazdı".
Sportinfo.az xəbər verir ki, bu fikirləri "Fənərbağça"nın sabiq prezidenti Aziz Yıldırım mətbuat konfransında deyib.
O, İstanbul təmsilçisini təhlükədə olduğunu hiss etdiyi üçün danışmaq qərarına gəldiyini söyləyib. Bununla belə, Yıldırım bir daha prezidentiliyə namizəd olmayacağını deyib.
Aziz Yıldırım 1998 - 2018-ci illərdə "Fənərbağça"nın prezidenti olub.

