Bakıda Şenol Günəşə avtobus vasitəsilə bu mesaj göndərildi: "Fənərbağça" düşməni"

21 İyun 2021 13:20 Türkiyə 1 130
Bakıda Şenol Günəşə avtobus vasitəsilə bu mesaj göndərildi: "Fənərbağça" düşməni"

Avropa çempionatının iki oyununu Bakıda keçirmiş Türkiyə millisi İsveçrə ilə son matçdan əvvəl xoşagəlməz hadisələrlə üzləşib.

Sportinfo.az xəbər verir ki, "ay-ulduzlular"ın məskunlaşdığı "Fairmont" otelinin qarşısındakı komandanın avtobusu vasitəsi ilə baş məşqçi Şenol Günəşə ismarıc göndərilib.

Üzərinə "Fənərbağça" düşməni Şenol Günəş" yazılan kağız avtobusa yerləşdirilib.

İsveçrə ilə oyunun son məşqində futbolçular arasında da insident yaşanıb. Hücumçular Halil Dervişoğlu ilə Enes Ünal məşqdə dava edib.

Komanda yoldaşları hər iki oyunçunu sakitləşdirib. Dervişoğlu digər futbolçu Cengiz Ünderlə də mübahisəyə girib.

Türkiyə AVRO-2020-də A qrupunu xalsız başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti