Şenol Güneş Bakıda dedi: "Mən futbolçulara inanıram, Türkiyə də inansın"

21 İyun 00:42 Türkiyə 316
Şenol Güneş Bakıda dedi: "Mən futbolçulara inanıram, Türkiyə də inansın"

"Məyusuq, çünki bu turniri uzun müddət gözləyirdik. Gözəl nəticələrlə tarix yazmaq istəyirdik".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Türkiyə millisinin baş məşqçisi Şenol Güneş Avropa çempionatının A qrupunun III turunda Bakıda İsveçrəyə 1:3 hesabı ilə uduzduqları oyundan sonra deyib.

69 yaşlı mütəxəssis bildirib ki, AVRO-2020-də qrupdan çıxmağı hədəfləmişdilər:

"Topa sahib olan tərəf idik. Gənc komandamız var. Çempionat bizim üçün yaxşı alınmadı. Oyunçuların məyus olduqlarını görürəm.

Mən futbolçulara inanıram, Türkiyə də inansın. Epizodları boşa verən tərəf biz idik, amma İsveçrə qalib gəldi".

Baş məşqçinin sözlərinə görə, futbolçular əllərindən gələni ediblər: "Amma bu, kifayət etmədi. Avropa çempionatı bizim üçün böyük sınaq oldu.

Bəzən uğursuzluq daha çox təcrübə qazandırır. Uels və İsveçrə matçlarına görə daha çox məyusuq, həmin qarşılaşmalarda qələbə qazana bilərdik".

Türkiyə yığması A qrupunu xalsız bitirib. Güneş nəticələrə baxmayaraq istefa barədə düşünmədiyini sözlərinə əlavə edib: "Hesabat vermək lazımdırsa, rəhbərliyə və ictimaiyyətə veriləcək".

Xəbər Lenti
27 İyul 23:40 "Sabah"dan son VİDEO
27 İyul 16:40 "Qarabağ"ın yol planı
27 İyul 15:40 Ronaldo razılaşmadı
27 İyul 09:20 Yenə də… FOTOREPORTAJ