"Bu vəziyyətdə olduğumuz, bizi sevənləri üzdüyümüz üçün məyusuq"

20 İyun 2021 10:40 Türkiyə 767
"Bu vəziyyətdə olduğumuz, bizi sevənləri üzdüyümüz üçün məyusuq"

"Bu vəziyyətdə olduğumuz, xalqımızı, bizi sevənləri üzdüyümüz üçün məyusuq".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Türkiyə millisinin futbolçusu Çağlar Söyüncü İsveçrəyə qarşı keçirəcəkləri AVRO-2020-nin A qrupunun III tur matç haqda deyib.

25 yaşlı müdafiəçi sabahkı matçda qələbə qazanmaq istədiklərini bildirib: "1/8 finala çıxsaq da, qrupda qalsaq da, meydanı 3 xalla tərk etmək istəyirik.

Hamımız pis oluruq, amma İsveçrə ilə oyun bizim üçün yeni şansdır. Komanda şəklində yaxşı müdafiə olunmalıyıq. Təbii ki, 2 oyuna 5 qol buraxmaq yaxşı deyil".

İngiltərənin "Lester" klubunda çıxış edən oyunçunun sözlərinə görə, hər matçdan sonra səhvləri analiz edirlər:

"Hətta yaxşı oynadığımız oyunlardan sonra da səhvlərimizi müzakirə edirik. Heç kim oyunların belə bitməsini istəməzdi. Hazırda əsas diqqətimiz bu oyundadır".

Bakı Olimpiya Stadionunda keçiriləcək İsveçrə - Türkiyə matçı saat 20:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti