"Bəlkə də karyeramda bir daha yaşamayacağım anı Bakıda yaşadım"

18 İyun 2021 12:30 Türkiyə 903
"Bəlkə də karyeramda bir daha yaşamayacağım anı Bakıda yaşadım"

Uels milli komandasının futbolçusu Konnor Roberts AÇ-2020-nin qrup mərhələsinin ikinci turunda Türkiyə yığmasını məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, 25 yaşlı müdafiəçi Bakıda 2:0 hesabıyla qələbə qazandıqları görüşü belə şərh edib:

“Bəlkə də karyeramda bir daha yaşamayacağım anı Bakıda yaşadım. Karyeramın ən gözəl anı idi. Böyük bir turnirdə oynamaq möhtəşəm hissdir.

Bununla yanaşı, böyük ehtimalla, bizi növbəti mərhələyə aparacaq qolu vurmaq inanılmazdır.

Vacib addım atdıq, lakin bazar günü daha böyük oyunumuz var. Bu gün qazanmaq çox yaxşı oldu. Gənc komandayıq, son dəqiqəyə qədər mübarizə aparan futbolçularımız var”.

Digər Xəbərlər
Xəbər Lenti