Məsut Özildən Türkiyənin Bakıdakı oyunu ilə bağlı paylaşım

16 İyun 2021 19:40 Türkiyə 1 222
Məsut Özildən Türkiyənin Bakıdakı oyunu ilə bağlı paylaşım

“Fənərbaxça”nın futbolçusu Məsut Özil AVRO-2020-nin qrup mərhələsinin II turunda bu gün Uelslə qarşılaşacaq Türkiyə millisinə dəstək nümayiş etdirib.

Sportinfo.az xəbər verir ki, Almaniya millisinin sabiq üzvü bu barədə sosial şəbəkədə paylaşım edib.

Ulduz futbolçu “ay-ulduzlular”ın Bakıdakı görüşdə qələbə qazanacağına inandığını vurğulayıb: “Milli komandamıza qardaş ölkə Azərbaycanda Uelsə qarşı uğurlar diləyirəm. Haydi, Türkiyə!”

Bakı Olimpiya Stadionunda keçiriləcək Türkiyə - Uels görüşü saat 20:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti