Millimizdən imtina edən hücumçu "Fənərbaxça"da - VİDEO+FOTO

16 İyun 2021 13:40 Türkiyə 1 350
Millimizdən imtina edən hücumçu "Fənərbaxça"da - VİDEO+FOTO

"Fənərbaxça" yeni transferini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi "Darmşdadt"dan ayrılan Sərdar Dursunu transfer edib.

Azad agent statusu daşıyan 29 yaşlı hücumçu ilə 3+1 illik müqavilə imzalanıb.

Dursun başa çatan mövsüm Almaniyada keçirdiyi 36 oyunda 29 qol vurub, 8 məhsuldar ötürmə edib. O, II Bundesliqanın bombardiri olub.

Sərdar 2020-ci ilin iyulunda Türkiyə mətbuatına açıqlamasında Azərbaycan millisində oynamaq üçün təklif aldığını, lakin AFFA-nın dəvətini geri çevirdiyini söyləmişdi.

"Fənərbaxça" hücumçu aldı - <b style="color:red"> Rəsmi</b>

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti