"Bütün Azərbaycan xalqına təşəkkür edirik. Onlar bizim qardaşlarımız və dostlarımızdır".
Sportinfo.az xəbər verir ki, bu fikirləri Türkiyə millisinin kapitanı Burak Yılmaz Avropa Çempionatının A qrupunda Bakıda Uelsə qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib.
36 yaşlı hücumçu Bakıda xoş münasibət gördüklərini bildirib: "Gəldiyimiz andan bunu bizə hiss etdiriblər.
Sabah öz evimizdə oynayacağıq. İtaliyada səfər matçına çıxmışdıq. Azərbaycan xalqının bizimlə olduğunu bilirik".
Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək Uels - Türkiyə oyunu saat 20:00-da başlayacaq. Uels seçməsi iyunun 12-də BOS-da İsveçrə ilə heç-heçə edib - 1:1. Türkiyə isə Romadakı açılış matçında İtaliyaya uduzub - 0:3.

