Türkiyə millisinin ulduzları Bakıda bir-biri ilə... VİDEO

15 İyun 2021 20:00 Türkiyə 1 162
Türkiyə millisinin ulduzları Bakıda bir-biri ilə... VİDEO

Avropa çempionatının A qrupunun 2 oyununu Bakıda keçirəcək Türkiyə millisi Uelslə matçdan əvvəl növbəti məşqinə çıxıb.

Sportinfo.az xəbər verir ki, "Bakcell Arena"da gerçəkləşən hazırlıq prosesində yığmanın iki futbolçusu bir-biri ilə yarışıb.

Yusuf Yazıcı və İrfan Can Kahveci çərçivəyə dəqiqə zərbə endirməyə çalışıblar. "Lill" klubu ilə Fransa çempionu olan Yazıcı komanda yoldaşından daha dəqiq oynayıb.

AVRO-2020-nin açılış matçında Romada İtaliyaya 0:3 hesabı ilə uduzan Türkiyə yığması iyunun 16-da Bakı Olimpiya Stadionunda Uelslə qarşılaşacaq.

Kollektiv 4 gün sonra İsveçrə ilə münasibətlərinə aydınlıq gətirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti