Türkiyə yığmasının Bakı qorxusu nədən qaynaqlanır?

15 İyun 2021 21:20 Türkiyə 1 668
Türkiyə yığmasının Bakı qorxusu nədən qaynaqlanır?

AVRO-2020-nin qrup mərhələsində keçiriləcək Türkiyə - Uels oyununu portuqaliyalı hakim Artur Dias idarə edəcək.

Sportinfo.az xəbər verir ki, A qrupunun II turu çərçivəsində baş tutacaq qarşılaşma öncəsi bu təyinat Türkiyə millisini narahat edir.

Çünki “ay-ulduzlular”ın yolu indiyə qədər Artur Diasla 2 dəfə kəsişib və hər iki halda rəqib meydanı qalib tərk edib.

Qardaş ölkə təmsilçisi 2018-ci ildə Rusiyaya (1:2), ötən il isə Macarıstana (0:1) məğlub olub. Bundan başqa, Türkiyənin U-21 yığması Diasın fit çaldığı 2014-cü ildəki oyunda Yunanıstana (1:2) yenilib.

Dias Türkiyə klublarından da “Əskişəhərspor”un 2012-ci ildə “Marsel”ə (0:3), “Fənərbaxça”nın isə 2016-cı ildə “Monako”ya (1:3) məğlubiyyətinə şahidlik edib.

Portuqaliyalının idarə edəcəyi görüşdə Türkiyə təmsilçiləri 6-cı dəfə meydana çıxacaq.

Şenol Günəşin yetirmələri Bakı Olimpiya Stadionunda azarkeşlərin də böyük dəstəyi sayəsində Uelsə qalib gələrək, onlar üçün qorxulu sayılan referi ilə bağlı uğursuz tilsimi qırmağa ümid edir.

İyunun 16-da keçiriləcək Türkiyə - Uels görüşü saat 20:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti