Türkiyə millisinin Bakıdakı ilk oyununun hakimləri bilindi

14 İyun 2021 21:00 Türkiyə 783
Türkiyə millisinin Bakıdakı ilk oyununun hakimləri bilindi

Bakı Olimpiya Stadionunda keçiriləcək A qrupunun Türkiyə – Uels oyununun təyinatları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, qarşılaşma Portuqaliyadan olan hakimlər briqadasına tapşırılıb.

Görüşün baş hakimi Portuqaliyadan Artur Suares Dias olacaq. Ona Ruy Lisinu Barboza Tavares və Paulu Aleşandre Santos Suares köməklik edəcək.

Bartoş Frankovski (Polşa) dördüncü hakim olacaq. Ehtiyat hakim kimi referi Martsin Boniek (Polşa) növbəsini gözləyəcək.

Bu matç iyunun 16-da keçiriləcək. Matç saat 20:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 20:00 Çək və bizə göndər!
19 Oktyabr 18:10 Mahirə ehtiyac duymadılar
19 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 03:20 "Quba" ilə bacarmadılar