“Fənər” “Borussiya”nın sabiq baş məşqçisi ilə danışıq aparır

14 İyun 2021 10:20 Türkiyə 18 228
“Fənər” “Borussiya”nın sabiq baş məşqçisi ilə danışıq aparır

Son olaraq “Borussiya”da (Dortmund) baş məşqçilik edən Lusyen Favr Türkiyədə çalışa bilər.

Sportinfo.az xəbər verir ki, isveçrəli mütəxəssis “Fənərbaxça”nı çalışdıra bilər.

Bu barədə italyan jurnalist Nikola Skira özünün “tvitter” səhifəsində məlumat yayıb.

“Fənərbaxça” Favrla danışıqlar aparır. Super Liqa təmsilçisi 63 yaşlı mütəxəssislə iki illik müqavilə imzalamaq niyyətindədir.

Favr 2018-2020-ci illər aralığında “Borussiya”nı çalışdırıb. İsveçrəli mütəxəssis ötən ilin dekabrından işsizdir.

Digər Xəbərlər
Xəbər Lenti