“Türkiyə millisi güclüdür”

13 İyun 2021 14:30 Türkiyə 680
“Türkiyə millisi güclüdür”

İtaliya yığmasının futbolçusu Çiro İmmobile AÇ-2020-nin qrup mərhələsinin Türkiyə ilə ilk oyunundan sonra fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, İmmobile, 3:0 hesabıyla qələbə qazandıqları oyunu belə şərh edib:

“Oyunda səbrli davrandıq. Türkiyə millisi güclüdür və bir çox komandalara problem ola bilib, qələbələr qazanıblar. İlk hissədə onları yormağa çalışdıq. Topu sürətlə sağa və sola ataraq, müdafiələrində boşluq açmağa çalışdıq.

Türkiyə ilk hissədən sonra yoruldu. Qoldan sonra müdafiədə daha çox boşluqlar verdilər. Biz də səviyyəmizi ortaya qoyaraq fərqi artırdıq.

AÇ-2020-dəki ilk oyunumda qol vurdum, bundan yaxşı nəsə ola bilməzdi”.

Digər Xəbərlər
Xəbər Lenti