Yekə-yekə danışmaqla deyil, futbol oynamaq lazımdır

13 İyun 2021 21:00 Türkiyə 1 837
Yekə-yekə danışmaqla deyil, futbol oynamaq lazımdır

Türkiyə, sadəcə, rəzil futbol oynadı.

Buna futbol demək də günahdı. Ümumiyyətlə oyun da demək olmaz. Heç nə oynamadılar.

Startda başıalovlu irəli atılmayıb ehtiyatlı davranmaq, müəyyən kəşfiyyat aparmaq fikri yaxşı idi. İtalyan qol vursaydılar, hesabı bərabərləşdirmək mümkün olmayacaqdı.

Ona görə də müdafiəyə çəkilib bəxti əks-hücumlarda sınamaqla uğur qazanmaq olardı. Amma bunu bütün hissə boyu etmək böyük səhv idi. İlk yarıda rəqibi qapısı istiqamətində bir zərbə belə vurmayan komandanın nəyəsə ümid etməsi absurddu.

Bəli, rəqib ən yaxını cərimə meydançasına qədər buraxılır, xoşbəxtliyi ümidsiz uzaqdan zərbələrdə axtarmağa məcbur edilirdi.

Cinahlar zəif təsir bağışlasa, hətta deyərdim bəzi epizodlarda "proxodnoy dvor" olsa da, mərkəz etibarlı idi. Düzdü, buna da əksər hallarda ordakı say çoxluğu hesabına nail olunurdu, amma yenə də tablodakı sıfırlar sabit idi.

Amma İtaliya qol vuracaqdı. Mütləq vuracaqdı və bunu matçı izləyən hər kəs görür, hiss edirdi. Azacıq boşluq verilən kimi də bu baş verdi. Sonrası məlumdu.

Yekə-yekə danışmaqla deyil. Futbol oynamaq lazımdı. Mən, sıradan futbol azarkeşi olaraq görürdümsə ki, italyanlar axır-əvvəl istəyinə nail olacaq,

Şenol Günəş bunu daha aydın görməıi idi. Görürdü də, yəqin. Ya tədbir görmək istəmədi, ya da qorxub görə bilmədi. Məncə, ikinci variant daha realdı. Bu isə ruha ziddi.

Türklərin, Türkiyənin ruhuna zidd. "Ay-ulduzlular" rəqibi təzyiqdə saxlamalı, ona nəfəs almağa imkan verməməli, son saniyəyə qədər mübarizədən qopmamalıdı.

Bu, həmişə belə olub, bundan sonra da belə olmalıdı. Türkiyə budu, uğurlarının açarı da budu. Qorxu türkə yaddı. Bu, əbədi reallıq, danılmaz fakt, aksiomdu.

Qorxma, Türkiyə!

Kənan Məstəliyev

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda