Türkiyə millisi Romadan Bakıya yola düşüb - FOTOLAR

12 İyun 2021 18:50 Türkiyə 672
Türkiyə millisi Romadan Bakıya yola düşüb - FOTOLAR

Avropa çempionatının açılış matçında İtaliyaya 0:3 hesabıyla məğlub olan Türkiyə komandası bu gün Romadan Bakıya təyyarə ilə yola salınıb.

Sportinfo.az xəbər verir ki, yığma saat 13:00-da (Bakı vaxtı ilə 14:00-da) Romadan yola düşüb.

Qrupda son iki mübarizəsini Bakı Olimpiya stadionunda oynayacaq qardaş ölkənin komandası Uels və İsveçrə komandalarına qarşı çıxış edəcək.

68 min tutumlu Olimpiya Stadionunda pandemiya qaydalarına müvafiq 32 min azarkeşin izləyə biləcəyi qarşılaşmalarda, Türkiyə millisi həm Türkiyədən gələnlər, həm də Azərbaycan azarkeşləri sayəsində böyük dəstəklə meydana çıxacaq.

Digər Xəbərlər
Xəbər Lenti