"Allah futbolçularımızın yanında olsun"

12 İyun 2021 09:20 Türkiyə 771
"Allah futbolçularımızın yanında olsun"

"Çox çətin qrupdayıq".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdemir deyib.

"Ay-ulduzlular" A qrupunda Uels və İsveçrə ilə qarşılaşmalarını Bakı Olimpiya Stadionunda keçirəcək. 71 yaşlı funksioner bildirib ki, Bakıda yaxşı nəticə əldə etdirmək istəyirlər:

"Orada iki vacib oyunumuz var. Azərbaycanda azarkeş üstünlüyü bizim tərəfimizdə olacaq. Əsas hədəfimiz qrupdan çıxmaqdır.

Baş məşqçimiz Şenol Güneşə, bütün oyunçularımıza güvənirəm. Bəlkə də qarşıdakı 10 ilin yığmasını formalaşdırmışıq. Allah futbolçularımızın yanında olsun".

Digər Xəbərlər
Xəbər Lenti