Ərdoğandan paylaşım: “Çox həyəcanlıyam, hocam, övladlarım, bilin ki…”

11 İyun 2021 21:30 Türkiyə 1 206
Ərdoğandan paylaşım: “Çox həyəcanlıyam, hocam, övladlarım, bilin ki…”

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan “Avro-2020”də milli komandalarının bugünkü oyunu ilə bağlı paylaşım edib.

Sportinfo.az xəbər verir ki, R.T.Ərdoğan rəsmi sosial şəbəkələri vasitəsi ilə bu sözləri yazıb:

“Çox həyəcanlıyam. Bilirəm, hamımız həyəcanlıyıq. “Avro-2020”də bu gün bizim çocuqlar meydana çıxır.

Şenol hocam, övladlarım... Nəticə nə olursa olsun, sizləri hər zaman sevdiyimizi bilin. Hər zaman yanınızdayıq. Allah yardımçınız olsun”.

Bu gün “Avro-2020”nin açılış oyununda Türkiyə və İtaliya komandaları qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23.00-da başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"