Ozan Kabak əsas ümidlərini Bakıya bağlayıb: "SEVİNDİRƏCƏYİK"

10 İyun 2021 13:20 Türkiyə 536
Ozan Kabak əsas ümidlərini Bakıya bağlayıb: "SEVİNDİRƏCƏYİK"

"Bakıda keçirəcəyimiz 2 görüş azarkeşlər sarıdan bizim üçün əlverişli olacaq.

Bu amil oyunumuza müsbət təsir edəcək.

Təqribən 1,5 ildir azarkeşsiz oynayırıq. Fanatlar tribunada olanda təmam fərqli ab-hava görürsən".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Türkiyə millisinin futbolçusu Ozan Kabak AVRO-2020-nin Bakıdakı oyunları barədə danışarkən deyib.

21 yaşlı müdafiəçi azarkeşlər üçün darıxdıqlarını bildirib: "Xüsusilə Bakıda türkiyəli azarkeşlərin çox olacağını, yaxşı oyun göstərəcəyimizi düşünürəm. Ümid edirəm ki, həm özümüzü, həm də tərəfdarlarımızı sevindərəcəyik".

Türkiyə millisi Avropa çempionatında ilk oyununu iyunun 11-də Romada İtaliyaya qarşı keçirəcək. "Ay-ulduzlular" daha sonra Bakı Olimpiya Stadionunda Uelslə iyunun 16-da və İsveçrə ilə iyunun 20-də A qrupunun digər iki görüşünə çıxacaq.

Digər Xəbərlər
Xəbər Lenti
3 İyul 03:20 Ayxan çempion oldu