Türkiyə millisinin ulduzları xahiş etdi: "Bizi Bakıda tək buraxmayın" - VİDEO

10 İyun 2021 00:42 Türkiyə 1 003
Türkiyə millisinin ulduzları xahiş etdi: "Bizi Bakıda tək buraxmayın" - VİDEO

Türkiyə millisinin futbolçuları AVRO-2020-nin Bakıdakı oyunları üçün azərbaycanlı azarkeşlərdən dəstək istəyib.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın fesybuk səhifəsində paylaşım edilib.

"Ay-ulduzlular"ın qapıçısı Altay Bayındır və yarımmüdafiəçisi Okay Yokuşlu videomüraciət yolu ilə tərəfdarlara səslənib.

Onlar azarkeşlərdən Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmalarda yığmanı tək buraxmamağı xahiş ediblər.

Türkiyə millisi Avropa çempionatında ilk oyununu iyunun 11-də Romada İtaliyaya qarşı keçirəcək.

"Ay-ulduzlular" daha sonra Bakı Olimpiya Stadionunda Uelslə iyunun 16-da və İsveçrə ilə iyunun 20-də A qrupunun digər iki görüşünə çıxacaq.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da