"Qrupda 5-6 xal toplamaq çox yaxşı olar" - Şenol Günəş

9 İyun 2021 17:40 Türkiyə 643
"Qrupda 5-6 xal toplamaq çox yaxşı olar" - Şenol Günəş

"FIFA sıralamasına baxanda qrupdakı digər rəqiblərin bizdən yaxşı olduğu görünür.

Reytinqimizi artırmaq üçün çalışırıq".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Türkiyə yığmasının baş məşqçisi Şenol Güneş Avropa çempionatı ilə bağlı İtaliya mətbuatına açıqlamasında deyib.

69 yaşlı mütəxəssis İtaliyanı qrupun favoriti hesab edib: "Təbii ki, İtaliya digər rəqiblərimizdən güclüdür. Bu komanda ilə görüşdə əldə edəcəyimiz bərabərlik və ya qələbə hamını təəccübləndirə bilər.

Ümid edirəm ki, belə də olacaq. Bütün oyunlar çətindir. Qrupda 5-6 xal toplamaq çox yaxşı olar. Amma bəlkə də 4 xal növbəti mərhələ üçün yetərli ola bilər".

"Ay-ulduzlular" Avropa çempionatında ilk oyununu iyunun 11-də Romada İtaliyaya qarşı keçirəcək.

Türkiyə millisi daha sonra Bakı Olimpiya Stadionunda Uelslə iyunun 16-da və İsveçrə ilə iyunun 20-də A qrupunun digər iki görüşünə çıxacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti