"Düşünürəm ki, bu amil oyunumuza müsbət təsir edəcək".
Sportinfo.az xəbər verir ki, bu sözləri Türkiyə yığmasının baş məşqçisi Şenol Günəş işlədib.
"Ay-ulduzlular" Avropa çempionatında ilk matçını iyunun 11-də Romada İtaliyaya qarşı keçirəcək.
Türkiyə millisi daha sonra Bakı Olimpiya Stadionunda Uelslə iyunun 16-da və İsveçrə ilə iyunun 20-də A qrupunun digər iki görüşünə çıxacaq.
69 yaşlı mütəxəssis türkiyəli və azərbaycanlı azarkeşlərin dəstəyi ilə rəqiblərə qarşı üstünlük əldə edəcəklərinə inandığını bildirib:
"Qrupdakı ikinci matçımız çətin keçəcək. Çünki Uelsin ilk oyunu Bakıda İsveçrəyə qarşı olacaq. Biz isə İtaliya ilə qarşılaşdıqdan sonra Azərbaycana yollanacağıq.
Buna baxmayaraq, azarkeşlərin bizə çox kömək edəcəyini fikirləşirəm. İsveçrə ilə son matçımız da coşqulu olacaq.
Təbii ki, öz oyunumuz da vacibdir. Fanatların rəğbətini qazanmaq, onları coşdurmaq üçün baxımlı futbol sərgiləməliyik".

