"Fənərbağça" hansı məşhur baş məşqçi və futbolçu ilə anlaşdı?

6 İyun 2021 15:20 Türkiyə 1 143
"Fənərbağça" hansı məşhur baş məşqçi və futbolçu ilə anlaşdı?

"Fənərbağça"nın baş məşqçi postuna Rafael Benites təyin olunacaq.

Sportinfo.az xəbər verir ki, ispaniyalı mütəxəssislə 2+1 illik anlaşma əldə olunub.

"Sarı-lacivərdlilər"in Benitesə yüksək maaşla yanaşı, "Real Madrid"də ehtiyatda qalmağa başlayan Marselonu transfer etməyə hazır olduğunu bildirib. Sol cinah oyunçusunun transferinin təcrübəli baş məşqçi ilə birgə gerçəkləşəcəyi vurğulanıb.

Rafael Benitesin son iş yeri olan Çinin "Dalyan İfan" komandasını yanvarın 23-də tərk edib. 61 yaşlı mütəxəssis İspaniyanın "Valensiya" və "Real Madrid", İngiltərənin "Liverpul", "Çelsi" və "Nyukasl", İtaliyanın "İnter" və "Napoli" kimi tanınmış komandalarında çalışıb.

O, "Liverpul"a Çempionlar Liqası (2004/2005) və UEFA Super Kubokunu (2005), "Valensiya"ya UEFA Kubokunu (2003/2004), "Çelsi"yə Avropa Liqasını (2012/2013), "İnter"ə klublararası dünya çempionluğunu (2010) qazandırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti