"Azərbaycanda lazımi xalları alaraq, qrupdan çıxacağıq"

5 İyun 2021 09:20 Türkiyə 968
"Azərbaycanda lazımi xalları alaraq, qrupdan çıxacağıq"

"İtaliyaya azarkeş aparma sarıdan həm viza, həm də tamaşaçı tutumu anlamında böyük çətinliklər yaşayırıq, amma Bakıda elə olmayacaq".

Sportinfo.az xəbər verir ki, bunu Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemir deyib.

Qardaş ölkə təmsilçisi AVRO-2020-nin açılış oyununun həyəcanını yaşayır:

"Ay-ulduzlular" iyunun 11-də Romada İtaliyaya qarşı keçirəcəkləri qarşılaşmanın ardından Bakıda Uels və İsveçrə ilə üz-üzə gələcək. Uelslə iyunun 16-da, İsveçrə ilə iyunun 20-də Bakı Olimpiya Stadionunda görüşəcəklər.

71 yaşlı funksioner Bakıda türkiyəli və azərbaycanlı azarkeşləri tribunada gözlədiyini açıqlayıb: "Bütün türkiyəli və azərbaycanlı qardaşlarımızı matçlarda gözləyir, milli komandamızı dəstəkləmələrini istəyirik.

Bir millət, iki dövlət olaraq, bir araya gələcək, millimizi dəstəkləyəcəyik. Azərbaycanda lazımi xalları alaraq, qrupdan çıxacağıq.

Azarkeş dəstəyi sayəsində yığmamız daha yaxşı oynayaraq, daha yaxşı nəticələr göstərəcək".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti