"İlk matçımızda uduzsaq belə, imkanımız olacaq ki..."

4 İyun 2021 10:40 Türkiyə 711
"İlk matçımızda uduzsaq belə, imkanımız olacaq ki..."

"Avropa çempionatında qrupdan çıxmaq əsas məqsədimiz olacaq.

Növbəti mərhələyə qələbələrlə yüksəlməyi hədəfləyirik".

Sportinfo.az xəbər verir ki, bunu Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemir deyib.

71 yaşlı funksioner bildirib ki, hamı iyunun 11-də Romada İtaliyaya qarşı keçirəcəkləri AVRO-2020-nin açılış oyununun həyəcanını yaşayır:

"Bu görüşü bütün dünya izləyəcək. İlk matçımızda uduzsaq belə, daha 2 oyunumuz və 6 xal imkanımız olacaq. Qrupdan 2 komanda 1/8 finala birbaşa çıxacaq. Növbəti mərhələyə 6 qrupun 3-cü yer sahiblərindən daha 4 ən yaxşısı da adlayacaq".

Türkiyə millisi Uelslə iyunun 16-da, İsveçrə ilə iyunun 20-də Bakı Olimpiya Stadionunda üz-üzə gələcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti