Türkiyə AVRO-2020-yə bu qələbə ilə yollanır - VİDEO

4 İyun 2021 00:28 Türkiyə 1 792
Türkiyə AVRO-2020-yə bu qələbə ilə yollanır - VİDEO

Türkiyə milli komandası Avropa çempionatı ərəfəsində son yoldaşlıq görüşünü Moldovaya qarşı keçirib.

Sportinfo.az xəbər verir ki, Almaniyanın Paderborn şəhərindəki "Benteler Arena"da təşkil olunmuş qarşılaşma "ay-ulduzlular"ın qələbəsi ilə yekunlaşıb - 2:0.

Qolları Burak Yılmaz 58-ci, Cengiz Ünder isə 77-ci dəqiqələrdə vurub.

Bu, Türkiyə millisinin AVRO-2020 öncəsi üçüncü yoldaşlıq oyunu olub. Şenol Güneşin baş məşqçi olduğu kollektiv daha əvvəl Azərbaycan yığmasına 2:1 hesabı ilə qalib gəlib və Qvineya ilə heç-heçə edib - 0:0.

"Ay-ulduzlular" Avropa çempionatında ilk oyununu iyunun 11-də Romada İtaliyaya qarşı keçirəcək.

Türkiyə millisi daha sonra Bakı Olimpiya Stadionunda Uelslə iyunun 16-da və İsveçrə ilə iyunun 20-də A qrupunun digər iki görüşünə çıxacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti