Şenol Günəş Bakıda dəstək istədi

3 İyun 2021 21:20 Türkiyə 3 194
Şenol Günəş Bakıda dəstək istədi

Türkiyə yığmasının baş məşqçisi Şenol Günəş azərbaycanlı azarkeşlərə səslənib.

Sportinfo.az xəbər verir ki, o, bu barədə deyib:

"Öncə Avropa çempionatının hamı üçün xeyirli olmasını arzu edirəm. Turnirin 4 oyununun Azərbaycanda keçirilməsinə mən də sevinirəm.

Çünki bizim üçün də uyğun variantdır. Türkiyədən sonra gedəcəyimiz ilk ölkə ikinci vətənimiz saydığımız Azərbaycandır.

Bu baxımdan, özümüzü şanslı sayırıq. İstərdim ki, öz yığmaları kimi bizə də sahib çıxsınlar və dəstəkləsinlər, biz də onlara layiq olaq.

Bütün sahələrdə əməkdaşlığımızın futbolda davam etməsini istəyirəm. Hər kəsə təşəkkürümü bildirirəm".

AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti