Emre Belözoğlu yeni mövsümdə “Fənərbaxça”nın baş məşqçisi olmayacaq.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun prezidenti Əli Koç bildirib.
Onun sözlərinə görə, hazırkı vəziyyətdə 41 yaşlı mütəxəssisin postunda qalması risklidir: “Belözoğluna bütün xidmətlərinə görə təşəkkür edirəm.
İndiki vəziyyətimizdə onunla davam etmək hər iki tərəf üçün böyük riskdir. O, bizdən düşünmək üçün vaxt istədi.
Yeni baş məşqçi Əmrə olmasa, əcnəbu olacaq. Nəticə nə olursa-olsun, Emre bu gün də olmasa, sabah bu kluba çox böyük fayda verəcək” deyə o vurğulayıb.

