Ağayev idarə etdi, "Neftçi"nin legioneri özünü Türkiyəyə göstərdi - VİDEO

1 İyun 2021 10:40 Türkiyə 2 013
Ağayev idarə etdi, "Neftçi"nin legioneri özünü Türkiyəyə göstərdi - VİDEO

Avropa çempionatına hazırlaşan Türkiyə millisi növbəti yoldaşlıq görüşünü keçirib.

Sportinfo.az xəbər verir ki, "ay-ulduzlular" Antalya stadionunda Qvineya yığması ilə üz-üzə gəlib.

Görüş 0:0 hesablı heç-heçə ilə yekunlaşıb. Afrika təmsilçisinin heyətində "Neftçi"dən dəvət olunmuş yarımmüdafiəçi Mamadu Kane start heyətində meydana çıxıb və sonadək oynayıb.

Qarşılaşmanı azərbaycanlı FIFA referisi Əliyar Ağayev idarə edib.

Türkiyə ilk yoldaşlıq görüşündə Azərbaycan yığmasını məğlubiyyətə uğradıb - 2:1. Hazırlığın ikinci mərhələsi iyunun 2-dən Almaniyada başlayacaq. Son yoldaşlıq görüşü iyunun 3-də Moldovaya qarşı olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti