"Şenol Günəş Azərbaycanla oyundan sonra bizə..."

2 İyun 2021 23:00 Türkiyə 1 462
"Şenol Günəş Azərbaycanla oyundan sonra bizə..."

"Millidəki futbolçular hər zaman birlikdə oynamırlar. Bu da komandaya mənfi təsir göstərir".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Türkiyə yığmasının futbolçusu İrfan Can Kahveci Azərbaycan millisini 2:1 hesabı ilə məğlub etdikləri yoldaşlıq oyunu barədə danışarkən deyib.

"Fənərbağça" klubunda çıxış edən 26 yaşlı yarımmüdafiəçi qarşılarına çıxan bütün komandalara qalib gəlmək istədiklərini bildirib:

"Bu, həm də yoldaşlıq matçı idi. Baş məşqçi Şenol Günəş hər kəsi meydanda görmək istəyirdi. O, Azərbaycanla oyundan sonra mənfi və müsbət cəhətlərimizi izah etdi. Ümid edirəm ki, növbəti görüşlərdə də qalib gələcəyik".

Təcrübəli oyunçu Avropa çempionatında bacardıqları qədər irəli getmək istədiklərini sözlərinə əlavə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti