"Alanyada itirən yoxdur, AVRO-2020-də öz evimizdə - Bakıdayıq” - FOTO-STATUS

28 May 2021 00:30 Türkiyə 1 270
"Alanyada itirən yoxdur, AVRO-2020-də öz evimizdə - Bakıdayıq” - FOTO-STATUS

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu özünün tvitterdəki səhifəsində Türkiyə və Azərbaycan yığmaları arasında Alanyada bu gün keçirilmiş beynəlxalq yoldaşlıq oyunu ilə bağlı paylaşım edib.

Sportinfo.az xəbər verir ki, Türkiyənin xarici siyasət idarəsinin rəhbəri yazıb:

"Alanyada itirən yoxdur. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı. AVRO-2020-də öz evimizdə - Bakıdayıq! Can Azərbaycana ev sahibliyində uğurlar, bizim uşaqlar! milli komandalar”

Mövlud Çavuşoğlu: AVRO-2020-də öz evimizdə - Bakıdayıq

Mövlud Çavuşoğlu paylaşımına Türkiyə və Azərbaycan bayraqları nişanını da əlavə edib.

Alanyanın "Oba" stadionunda oynanılan matç Türkiyə seçməsinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti