“Gözəl oyun, yaxşı mübarizə oldu. Tək millət, iki dövlət sloqanı ilə oynadıq. Azarkeşlər də oyunboyu komandaları dəstəklədilər”.
Sportinfo.az xəbər verir ki, bunu Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdəmir Türkiyə ilə Azərbaycan milliləri arasında keçirilən yoldaşlıq görüşü barədə danışarkən deyib.
Qurum rəsmisi matçdan sonra AVRO-2020-də Bakıda keçirəcəkləri matçlara da toxunub:
“Avropa çempionatı yolunda ilk oyunumuzu Azərbaycana qarşı keçirdik. Uels və İsveçrə ilə oyuna Bakıda çıxacağıq. Bu bir başlanğıcdır. İnşallah, qrupdan çıxıb, yolumuza davam edəcəyik”.

